XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2020 - 17:42

AZAL:"“Embraer 190” tipli təyyarələrlə ilk Bakı-Naxçıvan reysləri həyata keçiriləcək"

İyunun 18-dən “Embraer 190” tipli təyyarələrlə ilk Bakı-Naxçıvan reysləri həyata keçiriləcək.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.

“Həmin gün Naxçıvana 2 reys həyata keçiriləcək. Həmin təyyarədə 106 yer olsa da, bunun 100-ü üzrə bilet satışa çıxarılacaq. Əgər sərnişinlər arasında xəstəlik əlaməti olsa, onu arxa oturacağa keçirəcək xidmət göstərəcəklər”, – deyə o, qeyd edib/Report.

O bildirib ki, iyunun 18-də saat 12.00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq:  “Həmin gün saat 15.00-da ikinci uçuş olacaq”.