XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 18:45

Qərargah:"Narıncı bölgələrə aid edilən ərazilərə həftəsonu gediş-gəliş olmayacaq"

“Bölgələr arasında gediş-gəliş bölgələrin klastrlara ayrılması ilə əlaqəlidir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu həftəsonu üçün karantin elan olunanda narıncı bölgələrə artıq bir neçə rayon da daxil edilib: “O ərazilərdə də gediş-gəliş olmayacaq. Bu, karantin qaydaları ilə əlaqədardır”.

APA