XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 23:37

Mübariz Mənsimovun cinayət işi məhkəməyə göndərildi:"İttihamnamə dəyərləndirmə mərhələsindədir"

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov barəsində cinayət işi bu gün İstanbul 27-ci Ağır Cəza Məhkəməsinə göndərilib.

Strateq.az xəbər verir ki, bu barədə APA-ya “Palmali” Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva məlumat verib.

O bildirib ki, ittihamnamə hələ ki məhkəmədə dəyərləndirmə mərhələsindədir: “Dəyərləndirmə mərhələsi davam edənə qədər vəkillərə məlumat verilmir. İlk növbədə məhkəmənin ittihamnaməni dəyərləndirməsi aparılacaq”.

Qeyd edək ki, M.Mənsimov martın 15-də polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, o, FETÖ işi üzrə aparılan istintaq çərçivəsində tutulub.