XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 10:03

Ziyalılar Bakı küçələrinin “işğalına” son qoyulmasını tələb edir –Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə müraciət

Bakı küçələrində reklam və elanlarda, həmçinin ticarət və ictimai iaşə obyektlərinin adında Azərbaycan dilindən istifadədə yol verilən səhvlər, eyni zamanda əcnəbi sözlərdən istifadəyə üstünlük verilməsinə etiraz edən və bunun qarşısının alınmasını tələb edən 200-ə yaxın ziyalı AYB sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli Anar müəllim!

Azərbaycan ictimaiyyətini narahat edən bir məsələ barədə Sizə müraciət etməyi qərara aldıq. Məlumdur ki, müstəqillik illərində milli dövlətçiliyin başlıca rəmzlərindən olan Azərbaycan dilinin zənginləşməsi, tətbiqi imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaranıb. Amma mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və rəngarəng ifadə vasitələrinə malik olan dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də geniş yayılmaqdadır. Radio və televiziya kanallarında, mətbu nəşrlərdə, sosial şəbəkələrdə, həmçinin reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatık normalarına lazımınca əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimlənmənin və daimi nəzarətin olmaması dil pozuntularının aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Zaman-zaman ana dilimizin keşikçiləri onu vicdanla qorumuş, yüzillər boyu cilalaya – cilalaya ən dəyərli mənəvi miras kimi gətirib bu günümüzə çatdıra bilmişlər… XX əsrin əvvəllərindən Mirzə Cəlilin, M.Ə.Sabirin, F.Köçərlinin, C.Cabbarlının, S.Vurğunun, R.Rzanın, B.Vahabzadənin və başqa ədiblərimizin dilimizin saflığı uğrunda səy və mübarizələri, onların təəssübkeşliklə, ürək yanğısı ilə doğma dilimizə xidmətləri unudulmazdır. Ana dilimiz, onun tarixən qədimliyi və bugünkü mükəmməlliyi bizim köklü bir xalq olduğumuzun təsdiqidir.

Amma bu gün Bakı küçələrində mağazaların, marketlərin, iaşə və məişət obyektlərinin adları, reklamların təqdimi Azərbaycan dilinin ölkəmizdə dövlət dili statusuna kölgə salır. Əgər həmin küçələrdən görüntülər çəkib gələcəyə saxlasaq, kimsə bu ərazinin nəinki hansı şəhər, hətta hansı ölkə olması barədə qərar verə bilməz. Kiçik iaşə obyektlərinin reklamlarındakı kobud orfoqrafik, leksik və punktuasiya səhvləri isə lap dözülməzdir.
Son bir neçə ayda yeni yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində monitorinqlər keçirmiş, onların nəticələrini ictimailəşdirmişdir. Nəticələr acınacaqlıdır. Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, bu ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də (!) Azərbaycan dilindən istifadə edilməyib. Təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər küçələrdə də utandırıcı vəziyyət olduğunu təsdiqləyir. Deyilənlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununun 7.1 maddəsinə necə əməl edildiyinə sübutdur.

Bir neçə il əvvəl Dilçilik İnstitutunun əməkdaşları şəhərin mərkəzi hissəsində ədəbi dil normalarına riayət olunmasının monitorinqini keçirmişdilər. ”Torqovı” adı ilə tanınan Nizami küçəsindəki satış–xidmət reklamlarında Azərbaycan dilindən istifadə edilməsi ilə bağlı ciddi nöqsanlar olması barədə müvafiq strukturlara məlumat verilmişdi. Amma məlum olub ki, Bakı ŞİH bu obyekt sahiblərinə təsir edə, göstəriş verə bilməz. Məgər bu obyektlərin sahibləri Azərbaycanda qanunların işləmədiyini güman edirlər?

Paytaxtın özündə, göz qabağında milli sərvətimiz olan ədəbi dilimizi qoruya bilmiriksə, əsgərlərimiz ön cəbhədə həyatı hesabına torpaqlarımızı kimin üçün qoruyurlar?! Biz gələcək nəsillərə hansı Bakını əmanət edəcəyik? Elə bu günün özündə, yad dillərin təsiri altında böyüyən uşaqlarımıza ana dilinə sevgi, milli təəssübkeşlik, vətənpərvərlik hisslərini necə aşılaya bilərik? Torpaqlarımızın bir hissəsi kimi, dilimizin də işğal altında olduğunu görən nəsildə bu dilə, onun daşıyıcısı olan xalqa, millətə bağlılıq qalacaqmı?
Sadalanan faktlar bir daha göstərir ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifələrni lazımınca icra etmirlər.

Hörmətli Anar müəllim!

“Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa (maddə 7.1.) görə, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Bu qanunun tələblərinə əməl olunmaması cəmiyyətdə böyük məyusluq doğurub.

Biz yaşadığımız dövrün tarixə Azərbaycan dilinə sağalmaz yaraların vurulduğu bir dövr kimi düşməsini istəmirik. Biz Bakının prospekt və küçələrinin bizimlə əcnəbi dillərdə danışmasını xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməyi hədəfə alan LINQVISTIK EKSPANSIYA hesab edirik.

Həm Azərbaycan Yazıçılar Birliyinin sədri, həm Dövlət Dil Komissiyasının sədr müavini kimi diqqətinizə çatdırdığımız bu eybəcərliklərə Sizin susmayacağınıza əminik. Azərbaycan dövlətinə, xalqına güvənən, onun mədəniyyətini dəyərləndirən bir şəxs kimi cəmiyyətimizi məyus edən bu mühüm problemin həlli üçün əlinizdən gələni əsirgəməyəcəyinizə inanırıq.

Hörmətlə:
1.Könül Bünyadzadə. AMEA-nın müxbir üzvü
2.Aida Qasımova, BDU-nun professoru
3. İdris Abbasov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru
4.Könül Hacıyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent
5.Ədalət Tahirzadə, Bakı Avrasiya Universitetinin professoru
6.Gülzar İbrahimova, siyasi elmlər doktoru, professor
7.Xaləddin İbrahimli, professor
8.Bəhmən Sultanlı, professor
9.Ramazan Qafarlı, filologiya elmləri doktoru
10.Rafiq İsmayılov, filologiya üzrə fəlsəfə doktoru, naşir
11.Yeganə Kərimzadə, yazıçı
12. Vasif Sadıqlı, jurnalist, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri
13.Rafael Tağızadə, şair-publisist
14.Aybəniz Kəngərli, filologiya elmləri doktoru
15.Səadət Şıxıyeva, AMEA Şərqşünaslıq İnstitutu, dosent
16.Şəhla Əhmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent
17.Elmira Məmmədova-Kekeç, AMEA Şərqşünaslıq İnstitutu, dosent
18.Könül Nəhmətova, filologiya üzrə fəlsəfə doktoru
19.Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent
20. Natəvan Bağırova filoloq, şərqşünas
21.Səhər Əhməd, şair
22.Səməd Vəkilov, hüquqşünas
23.İntiqam Hacılı, rejissor
24.Salman Süleymanov, filologiya üzrə fəlsəfə doktoru, dosent
25.Rəhimov Mütəllim fəlsəfə elmləri namizədi, dosent
26.Sevinc Nəzərli, İsveçdə Azərbaycan Dram Teatrının bədii rəhbəri.
27.Əjdər Yunusov, tarix elmləri namizədi, dosent
28.Seyfəddin Altaylı, dosent
29.Çiçək Hüseynova, Bakı Avrasiya Universitetinin müəllimi
30.Yeganə Hüseynova, Gəncə Dövlət Universitetinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru
31.Bəhruz Həqqi, araşdırmaçı yazar, Pen klub üzvü, Almaniyada Azərbaycan Yazıçılar Birliyinin sədri
32.Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas, 1984-cü ildən AYB üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
nstitutunda aparıcı elmi işçi, dosent.
33.Gülyaz Əliyeva, Azərbaycan dili,ədəbiyyat müəllimi
34.İsmayıl Məmmədov, Lerik Şəhər Şəhər Mədəniyyət Mərkəzində baş metodist, bəstəçi müğənni.
35.Dilrüba Cəfərova,
35.Vüqar Adilov, şair, publisist
37.Dostəli Abdullayev, jurnalist, AYB üzvü.
38.Məmmədova Zoya, pensiyaçı müəllım
39.Elmira Cəfərqızı, filoloq, şair
40.Pərvanə Məmmədl, fəlsəfə doktoru, ədəbiyyatşünas
41.İradə Musayeva, filologiya üzrə fəlsəfə doktoru
42.Adil Həsənoğlu, ADPU-nun müəllimi
43.Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, dosent
44.Sevil Gültən (Nuriyeva), tərcüməçi
45.Anar Mahmudov, tərcüməçi
46.Pərvanə Bayramqızı, yazıçı
47.Fizzə Heydərova, jurnalist
48.Faiq Hacıyev, mühəndis
49.Xanoğlan Əhmədov, “likxeber.org” saytının baş redaktoru
50.Afaq Orucova, Azərbaycan dili və ədəbiyyat müəllimi
51.Əfqan Soltanov, Azərbaycan dili və ədəbiyyat müəllimi
52.Əminə Mərdanova, təqaüdçü həkim
53.Ünsiyyə Zairova, həkim-pediatr
54.Xaqani Xudaverdiyev, iş adamı
55.Həsən Əliyev, filoloq
56.Vəfa Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
57.Təravət Məmmədova,
58.Ruhəngiz İmranlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
59.Elşən İsmayılov, informatika müəllimi
60.Fariz Vəliyev, təqaüdçü
61.Aytən Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
62.Sevil Əliyeva, mühəndis
63.Səbuhi Ramazanov, Azərbaycan dili və ədəbiyyat müəllimi
64.Haşım Əkbərov, Azərbaycan dili və ədəbiyyatı müəllimi
65.Firuz Cəfər, iş adamı
66.Zeynəb Qurbanlı, tələbə
67.Emin Orucov, Azərbaycan dili və ədəbiyyat müəllimi
68.Nüşabə Səfərova, Azərbaycan dili və ədəbiyyat müəllimi
69.Məmmədaga Nuriyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi
70.Zərifə Kərimova, müəllim
71.Seyran Hadıyev, Azərbaycan dili və ədəbiyyat müəllimi.
72.Rüxsarə,Qasımova, Azərbaycan dili və ədəbiyyat müəllimi
73.Surac Bəşirov, Azərbaycan dili və ədəbiyyat müəllimi
74.Günel Zamanlı, Azərbaycan dili və ədəbiyyatı müəllimi
75.Aynur Bəşirova, Azərbaycan dili vəədəbiyyat müəllimi
76.Aygün Rahibqızı, Azərbaycan dili və ədəbiyyatı müəllimi
77.Fidan Xasıyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
78.Elgün Əfəndiyev, Azərbaycan dili və ədəbiyyat müəllimi
79.Sürəyya Allahverdiyeva, təqaüdçü Azərbaycan dili və ədəbiyyatı müəllimi
80.Tural Nuriyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi
81.Vasif Məmmədov, Azərbaycan dili və ədəbiyyatı müəllimi
82.Mehparə Quliyeva, fizika-riyaziyyat müəllimi
83.Aydın Qənbərov, filologiya üzrə fəlsəfə doktoru, dosent
84.Qazi Səıiqə, AMEA elmi işçi
85.Məhsəti Şərif, jurnalist
86.Sevda Nəcəfova, sahibkar
87.Bəsti İsmayılova, Azərbaycan dili,ədəbiyyat müəllimi
88.Yaqut Mustafayeva, Azərbaycan dili,ədəbiyyat müəllimi, əməkdar müəllim
89.Pərvanə Qədirova, Azərbaycan dili,ədəbiyyat müəllimi
90.Həlimə Mehrani Muradi, Azərbaycan dili və ədəbiyyat müəllimi
91.Bahar Ağayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
92.Natəvan Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
93.Məlahət Mustafayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
94.Rasimə Ağamalıyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
95.Məryəm Quliyeva, ingilis dili müəllimi
96.Səbinə İmanova, Azərbaycan dili və ədəbiyyat müəllimi
97.Aytəkin Axundzadə, Azərbaycan dili və ədəbiyyat müəllimi
98.İltimas Bağışov, Azərbaycan dili və ədəbiyyat müəllimi
99.İradə Qayıbova, Azərbaycan dili və ədəbiyyat müəllimi
100.İradə Həmzətova, Azərbaycan dili və ədəbiyyat müəllimi
101.Ülviyyə Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
102.Pərviz Bəşirov, Azərbaycan dili və ədəbiyyat müəllimi
103.Vüsalə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
104.Güldəstə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
105.Vəfa İbrahimli, Azərbaycan dili və ədəbiyyat müəllimi
106.Xoşqədəm İsrəfilova, Azərbaycan dili və ədəbiyyat müəllimi
107.Hicran Qayıbova, riyaziyyat müəllimi
108.Qəzənfər Oğuzbəy, Azərbaycan dili və ədəbiyyat müəllimi
109.Gültəkin Ağayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
110.Gilə Hüseynova, Azərbaycan dili və ədəbiyyat müəllimi
111.Reyhan Qubadova, Azərbaycan dili və ədəbiyyat müəllimi
112.Zümrüd Məmmədzadə, Azərbaycan dili, ədəbiyyat müəllimi
113.Aytac Elyarlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
114.Zamin Təhməzov, Azərbaycan dili və ədəbiyyat müəllimi
115.Namiq Allahverdiyev, Azərbaycan dili və ədəbiyyat müəllimi
116.Səadət İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
117.İlhamə Aslanova, Azərbaycan dili və ədəbiyyat müəllimi
118.Aytən Mirzəyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
119.Vusalə Qubadova, Azərbaycan dili və ədəbiyyat müəllimi
120.Vüsalə Abdullayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
121.Cəvahir Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
122.Lalə Mirzəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
123.Leyla Güləhmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
124.Mətanət Rəfiyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
125.Firqiyə Salahova, Azərbaycan dili və ədəbiyyat müəllimi
126.Nigar Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
127.Nigar Əzizli, Azərbaycan dili və ədəbiyyat müəllimi
128.Məmmədova Aygün, Azərbaycan dili və ədəbiyyat müəllimi
129.Müşviq İbrahimov, riyaziyyat müəllimi
130.Rübanə Dəmirova, ibtidai sinif müəllimi
131.Aybəniz Zeynalova, Azərbaycan dili və ədəbiyyat müəllimi
132.Sevda Mustafayeva, filoloq
133.Töhfə Bilalova, kimya müəllimi
134.Mahirə Məmmədova, ingilis dili müəllimi
135.Gültəkin Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
136.Aygün Əliyeva, tarix müəllimi
137..Əliyeva Aytəkin -Azərbaycan dili və ədəbiyyat müəllimi
138.Sevda Əliyeva, ibtidai sinif müəllimi .
139.Qabil Nəbiyev, menecer
140.Çiçək Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
141.Aida İskəndərova, Azərbaycan dili-ədəbiyyat müəllimi.”Tərəqqi”medalı laureatı.
142.Sona Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
143.Nurcahan Abbasova, Azərbaycan dili və ədəbiyyat müəllimi
144.Şəhla Soltanova, Azərbaycan dili və ədəbiyyat müəllimi
145.Könül Mahmudova, Azərbaycan dili ədəbiyyatı müəllim
146.Məleykə Əliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllim
147.Şəhla Kərimova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
148.Nadir İsmayılov, müəllim.
149.Elvin Ağayev, Azərbaycan dili və ədəbiyyatı müəllimi
150.Mahir Bayramov, filoloq
151.Məzahir Əliyev, tələbə
152.Könül Mahmudova, Azərbaycan dili ədəbiyyatı müəllim
153.Məleykə Əliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllim
154.İlham Qəhrəman, şair-tədqiqatçı
155.Şəhla Kərimova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
156.Seyfəddin Əhmədov, Azərbaycan dili və ədəbiyyatmüəllimi
157.Zülfünaz Qurbanova, Azərbaycan dili və ədəbiyyat müəllimi
158.Mətanət Əhmədova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
159.Güldəstşə Mamedova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
160.Müzakir Quliyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi
161.Aytəkin Xəlilova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
162.Aygün Xəlilova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
163.Vəfa İbrahimli, Azərbaycan dili və ədəbiyyatı müəllimi
164.Əminə Səfərova, Azərbaycan dili və ədəbiyyat müəllimi
165.Ülkər Həşimova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
166. Fuad İslamzadə, Azərbaycan Tibb Universiteti
167.Sənubər Mustafayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
168. Aynur Rüstəmova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
169. Pərviz Məmmədov
170. Lalə Yüzbaşeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi.
171.Lamiə Dəmirova, Azərbaycan dili və ədəbiyyatı müəllimi.
172.Siddiqə Rüstəmova, Azərbaycan dili və ədəbiyyatı müəllimi.
173. Elsevər Hüseynoğlu, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan materialşünaslıq mühəndisi
174. Mahirə Əsgərova, mədəni maarif işçisi