XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 13:17

“Son zəng”i Ceyhun Bayramov çalıb –VİDEO

Azərbaycanda orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçirilir.

Virtual “Son zəng”də bütün bölgələrdəki məzunlar himn oxuyub. Eyni zamanda son 3 ayda “Dərs vaxtı”nda iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edirlər. Virtual “Son zəng” İctimai, “Mədəniyyət”, “ARB24”, “Real TV”, eləcə də Təhsil Nazirliyinin Facebook səhifəsində yayımlanır.

Bu tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov tərəfindən çalınıb.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində  XI sinfi bitirən şagirdlərin sayı 80646, IX sinfi bitirənlərin isə 119852 nəfərdir.

Xatırladaq ki, Təhsil Nazirliyindən bildirilib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən ( 15 iyunadək ) bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur. Onlayn qaydada müxtəlif tədbirlər keçirilə bilər.