XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 17:59

Bakı metrosundan istifadə edənlərin sayı 43% azalıb –DSK

Bu ilin yanvar-may aylarında “Bakı Metropoliteni” QSC 56,2 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-may ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 98,6 mln. nəfər olub.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan dayandırılmışdır. Bakı Metropoliteninin fəaliyyəti 9 may 2020-ci il saat 06:00-dan etibarən bərpa edilib.

Xatırladaq  ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.