XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2020 - 22:12

Bakıda pandemiya xəstəxanalarında bəzi hallarda yer çatışmazlığı problemi yaşanır – TƏBİB

“Artıq Bakıda pandemiya xəstəxanalarında bəzi hallarda yer çatışmazlığı problemi yaşayırıq”.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

Əliyev deyib ki, əhalinin sıx olduğu, belə problemlərin gözlənildiyi yerlər nəzərə alınaraq modul tipli xəstəxanalar quraşdırılır: “Həkimlər gecə-gündüz çalışır. Bacardığımız qədər xəstəxanalarda yerləri artıraraq xəstələri qəbul etməyə çalışırıq. Ümumilikdə, pandemiya xəstəxanalarında ən çox doluluq faizi Bakıdadır”.