XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 00:21

Bakıda koronavirus xəstələrinin müalicə olunduğu hospitaldan reportaj –VİDEO

Mərkəzi Gömrük Hospitalı da koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Artıq covıd-19 diaqnozu qoyulmuş bir neçə xəstə tibb müəssisəsinə daxil olub.

Kimi əvvəlki vəziyyətinə qayıdacağı günü gözləyir, kimi isə süni nəfəs aparatında həyatla ölüm arasında mübarizə aparır.

Strateq.az “Xəzər TV”-yə istinadla xəbər verir ki, hospitalın rəis müavini Bəxtiyar Musayevin sözlərinə görə, palatalar və şöbələr bütün lazımi avadanlıqlarla təchiz olunub və tibb məssisəsi pasiyent qəbulunu dayandıraraq yalnız pandemiya xəstəxanası kimi fəaliyyət göstərəcək: “Burada koronaviruslu xəstələrə xidmət göstərən bütün heyət də hospitalın öz əməkdaşlarıdır. Dünəndən sonra hospitala COVID-19-a yoluxmuş xeyli xəstə daxil olub”.

Xatırladaq ki, ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 20-dan artıq tibb müəssisəsi ayrılıb. Ayın sonun akimi isə daha 6 modul tipli xəstəxananın açılışı olacaq.