XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2016 - 11:58

Obama Ərdoğana “avtoritar” dedi:“O, əvvəl daha yaxşı müsəlman idi”

'İran ve Suudiler barışmazsa bölgeye barış gelmez'

 

“Rəcəb Tayyip Ərdoğan ilk əvvəl mülayim bir müsəlman idi və Şərqlə Qərb arasında körpü rolu oynaya bilərdi. Lakin son dövrlərdə o da dəyişdi, avtoritarlaşdı”.

Strateq.az xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bildirib.

O, Amerikada nəşr olunan “Atlantic” jurnalının reportyoru Jeffrey Goldbergə verdiyi müsahibədə dünyanın bir sıra problemi barədə danışıb. Söhbət dünya liderlərinin xarakterinə gələndə ABŞ prezidenti əsasən müsəlman diktatorlarından bəhs edib. Ən çox tənqid etdiyi isə Liviyanın qətlə yetirilmiş lideri Qəddafi olub.

ABŞ lideri Liviyanın indiki hala gəlib çıxmasında Avropa ölkələrinin mövqeyini də sərt tənqid atəşinə tutub. Bu məsələdə ən çox isə ABŞ-ın yaxın müttəfiqi İngiltərənin baş naziri David Kameronu tənqid edib.

Yuxarıda qeyd etdiyimiz kimi, Ərdoğan da Obamanın tənqidindən öz nəsibini alanlardan olub.




Yuxarı Əvvələ Ana Səhifə