XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 22:07

DSMF-nin iki yüksək vəzifəli əməkdaşı həbs edildi- Gəncədə əməliyyat

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Məlumata əsasən, keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz Rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözügedən qurumda çalışan Elçin Ələkbərov saxlanılıb.

Adıçəkilən şəxslər işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə həbs olunub.

Bundan əlavə, DSMF-nin Kəpəz Rayon Şöbəsinin rəisi Ülfət Əhmədov da tutduğu vəzifədən azad olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir/APA.