XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2020 - 09:11

Kürdəmirdə postlar qurulub:polis gücləndirilmiş iş rejiminə keçib

Bu gün saat 00:00-dan etibarən Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejiminə start verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən rayonun bütün kəndlərində və şəhər ərazisində müvəqqəti karantin postları qurulub.

Bununla bağlı DİN Daxili Qoşunlarının və bir neçə rayonun o cümlədən Ağsu, Göycay, Zərdab və Hacıqabul rayonlarının polis şöbələrinin əməkdaşları Kürdəmirə ezam olunublar. Hazırda rayonun bir necə yerində və bütün kəndlərdə müvəqqəti karantin postları qurulub və reydlər keçirilir. Bundan başqa gün ərzində rayon polis şöbəsinin əməkdaşları səsgücləndiricilər vasitəsi ilə insanları xəbərdar edərək onlara karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməyi tövsiyə ediblər.

Qeyd edək ki, bu gündən etibarən Kürdəmirlə yanaşı, ölkənin bir neçə şəhər və rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq olunub. /Report