XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2020 - 11:27

“Vətəndaşlar bu şərtlə şəxsi avtomobillərindən istifadə edə bilərlər” –BŞBPİ

Paytaxtda Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Bakı şəhər Baş Polis İdarəsindən Strateq.az-a verilən məlumata görə, şəhərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım  avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkətinə icazə verilir.