XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 June 2020 - 14:13

“Qarşıdakı növbəti postda həmin avtomobillər saxlanılıb” –DİN avtomobillərin torpaq yolla Bakını tərk etməsinə münasibət bildirib

Daxili İşlər Nazirliyi avtomobillərin torpaq yolla Bakını tərk etməsinə dair yayılan görüntülərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin görüntülər ötən gün Bakı-Quba yolunda qeydə alınıb.

Zahidov deyib ki, paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ  torpaq yolla şəhərdən çıxmaq istəyiblər: “Lakin qarşıdakı növbəti postda həmin avtomobillər saxlanılaraq Bakıdan çıxmalarına müvafiq icazələrinin olub-olmaması yoxlanılıb. Kimin icazəsi varsa, buraxılıb, icazəsi olmayanlar isə geri qaytarılıb”.