Türkiyə NATO Sənaye Məsləhətləşmə Qrupunun (NİAG) dövri sədrliyini qəbul edib.
HAVELSAN Təyinatı İdarə və Müdafiə Texnologiyaları Qurumunun baş direktor müavini, Sistem Mühəndisliyi Qrup rəhbəri Sərdar Üzümçü 1 il müddətinə NATO-nun bu qrupunun sədri vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, NATO-ya üzvü ölkələrin hər birinin müdafiə sənayesi firmaları birliyindən bir nümayəndənin təmsil olunduğu və Milli Silahlanma üzrə Direktorlar Konfransı (CNAD) çərçivəsində yaradılan ali məsləhətləşmə orqanı NİAG 1968-ci ildən fəaliyyət göstərir. /APA