İyunun 16-da “Mədəniyyət” telekanalında “Dərs vaxtı”nın abituriyentlər üçün yayımına start verilir.
Təhsil Nazirliyindən verilən məlumata görə, teledərslər bu formatda 17 iyuladək davam edəcək. Abituriyentlər üçün teledərslərin ilk dərs cədvəlini təqdim edirik.
Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Azərbaycan dili; 10:50-də – Ədəbiyyat; 11:50-də – İngilis dili; 12:25-də – Riyaziyyat; 13:30-da Futzal məşğələsi olacaq.
Rus bölməsi üçün sabah saat 13:50-də – Rus dili; 14:20-də – Ədəbiyyat; 15:10-da Riyaziyyat dərsləri olacaq.