XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

13 Mart 2016 - 18:11

İŞİD İraqda pərən-pərən düşüb:Onlar Suriyaya qaçırlar

 

Enbar

İŞİD İraqın Ənbar vilayətinin inzibati paytaxtı sayılan Ramadiyə bağlı Rütbə rayonundan geri çəkilib.

Strateq.az xəbər veriri ki, bunu rayonun icra başçısı İmad Əhməd bildirib.  O, mətbuata verdiyi açıqlamada qeyd edib ki, İŞİD silahlıları rayonu boşaldaraq, qonşuluqdakı Qayım mahalına çəkiliblər.

İmad Əhməd hadisəni iki ehtimalla əsaslandırıb:

"Təşkilat Ənbarda uğradığı məğlubiyyətdən sonra bombardımanlara qarşı duruş gətirə bilməməsindən geri çəkilmiş ola bilər. Bununla belə, İŞİD-in yeni hücumlar təşkil məqsədiylə taktiki bir geriçəkilmə oyunu oynama ehtimalı da yox deyil".

Hadisə ilə bağlı İraq kürdlərinin informasiya agentliyi “Rûdaw”a açıqlama verən Ənbar vilayət Məclisinin  sədri  Eyd Əmmaş da İŞİD mənsublarının Rütbə başda olmaqla, bir çox bölgədən çəkildiyini təsdiqləyib. Onun fikrincə, İŞİD-in bu hərəkəti Qayım mahalından Suriyaya qaçma ehtimalı ilə bağlı ola bilər.

Qeyd edək ki, Ənbar vilayətinin inzibati paytaxtı Ramadi bu ilin 28 dekabrında İraq Ordusu tərəfindən azad edilib. İŞİD-in əsas qalalarından biri kimi tanınan Ənbarın itirilməsindən sonra “xilafətçilər” arasında ruh düşgünlüyü yaranıb və bu vilayətdə duruş gətirmələri xeyli çətinləşib.