XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2020 - 10:20

Hande Harmancı sosial şəbəkədə yaydığı foto və videoya görə üzr istədi:"Yanlış zamanda etdiyimi qəbul edirəm"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə yayılan şəkilləri ilə bağlı üzr istəyib.

ÜST-ün Bakı nümayəndəliyindən Strateq.az-a daxil olan məlumatda deyilir:

“Əziz dostlar,

Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.

Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

Xatırladaq ki, H.Harmancı dünən  istirahət zamanı foto və video çəkərək sosial şəbəkədə paylaşıb.