XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2020 - 12:34

“Gürcüstanda son sutkada koronavirusa yoluxan olmayıb” –Rəsmi açıqlama

Gürcüstanda fevralın 26-dan etibarən ilk dəfə olaraq son 24 saat ərzində koronavirusa yeni yoluxma halı təsdiqlənməyib.

Bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, COVID-19-dan sağalanların sayı 20 nəfər artaraq 724-ə çatıb.

Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirus 879 nəfərdə aşkarlanıb. Onların 14-ü dünyasını dəyişib.

Gürcüstanda COVID-19-a ilk yoluxma faktı fevralın 26-da qeydə alınıb/Report.