XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

16 İyun 2020 - 13:18

Yerevana giriş-çıxışlar bağlanıb –Aksiya

Yerevana gedən bir sıra yollar, eləcə də şəhərin bəzi küçələri Sarukyanın yük maşınları, avtobuslar və minik avtomobilləri ilə bağlanıb.

“Aysor” xəbər verir ki, Yerevan-Abovyan magistral yolunda maşınların hərəkətinin qarşısı alınıb.

Bildirilib ki, taksi sürücüləri “Dalma moll” ticarət mərkəzinə aparan yolu bağlayıblar.

Qeyd edək ki, iyunun 16-da Ermənistan parlamentində Çiçəklənən Ermənistan Partiyasının sədri, Sarukyan fraksiyasının lideri, milyonçu siyasətçi Qagik Sarukyanın deputat toxunulmazlığının aradan qaldırılması müzakirə olunur.

Bu barədə Ermənistanın Baş Prokurorluğu parlamentə vəsatət təqdim edib. Ali qanunverici orqanın binası qarşısında etraz aksiyası keçirilir. Polis 100-dən çox aksiya iştirakçısını saxlayıb/Report.