XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 Mart 2016 - 21:34

Ankarada daha bir dəhşətli partlayış:34 ölü, 125 yaralı (FOTO/VİDEO) - YENİLƏNİR

ankara-partlama

“Reuters” agentliyi Türkiyənin adını açıqlamayan təhlükəsizlik rəsmisinə istinadən bildirib ki, ilk şübhələr PKK və ya bu ad altında fəaliyyət göstərən solçu təşkilatlardan birinin üzərinə yönəlir. “Belə görünür ki, bu terroru PKK və ya onun bir qolu törədib. Lakin yekun rəy vermək üçün araşdırma aparılır".

****

Son məlumatlara görə, ölənlərin sayı 34, yaralıların sayı 125-dir. Yaralılardan 19-nun vəziyyətinin ağır olduğu bildirilir.

****

İlkin məlumata görə, partlayış bomba yerləşdirilmiş avtomobildə baş verib. Avtomobil bələdiyyə avtobusuna çırpıldıqdan sonra partlayış baş verib. Partlayış baş verən avtomobilin uzun müddətdir axtarışda olduğu bildirilir.

***

Ankara valiliyindən verilən məlumata görə, hadisə zamanı 27 nəfər həyatını itirib, 75 nəfər yaralanıb.

 

***

Bu gün Türkiyənin paytaxtı Ankarada qanlı partlayış baş verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə 20.35-də Ankaranın mərkəzində – Qızılay meydanında baş verən partlayış nəticəsində çoxlu sayda yaralanan olub.

İlkin məlumata görə, yaralılar xəstəxanalara çatdırılıb.

Partlama ərazisində 10-a yaxın avtobus dayanacağının olması yaralıların sayını artıran əsas faktor kimi önə sürülüb.

Məlumata görə, partlayışda çoxlu maşınlar da yanıb və yaxud zərər görüb. Hələlik dəqiq olan odur ki, iki bələdiyyə avtobusu və bir şəxsi avtomobil tamamilə yanıb…

Hələlik yaralıların sayı və və yaxud olanlər haqda dəqiq məlumat yoxdur.

Qanlı terrorun kimin törətməsi də bir azdan açıqlanacaq. Ərazi polis gücləri tərəfindən nəzarətə alınıb.

Araşdırmalar gedir.