XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2020 - 13:01

Rusiya rəsmisi:"Beynəlxalq aviasiya əlaqələri bütün tərəflər uçuşlara hazır olduqda bərpa edilə bilər"

Beynəlxalq aviasiya əlaqələri müxtəlif aviasiya konvensiyalarının iştirakçıları eyni vaxtda uçuşları bərpa etməyə hazır olduqda bərpa edilə bilər.

Bu barədə Rusiya Prezidentinin təbiəti mühafizə, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov jurnalistlərə deyib. O vurğulayıb ki, müxtəlif aviasiya alyanslarının üzvü olan bütün ölkələr uçuşları bərpa etmək barədə razılığa gəlməlidir. Əgər bir və ya iki ölkə belə imtina edərsə, müntəzəm uçuşlardan söhbət gedə bilməz.

S.İvanovun sözlərinə görə, MDB-nin bütün ölkələri razılığa gəlsələr, bu istiqamətlərdə uçuşları bərpa etmək mümkündür. Eyni zamanda, epidemioloji təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmasının vacibliyini vurğulayan Rusiya rəsmisi deyib ki, yoluxma sayının azalmaya doğru gedən ölkələrin uçuşları bərpa etmək şansı daha çoxdur(azərtac).