XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 14:24

Taksidən istifadə edən şəxs ön oturacaqda əyləşə bilərmi?- RƏSMİ

Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı iki nəfərdən çox deyilsə, onlar yalnız arxa oturacaqlardan istifadə edərək mənzil başına çatmalıdırlar.

Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qurum tərəfindən taksi sürücülərinə bu barədə tapşırıq verilib:

“Bəzi sürücülər bizə müraicət edərək bildirirlər ki, elə hallar olur ki, sərnişinlər onlardan ön oturacaqda oturmaq üçün israr edirlər. DANX olaraq isə sərnişinlərə bildirmək istəyirik ki, əgər sərnişin sayı bir yaxud iki nəfərdisə, onların ön oturacaqda oturmalarına icazə yoxdur. Biz bununla bağlı taksi sürücülərinə də tapşırıq vermişik. Bu məhdudiyyət qeyri-müəyyən dövrə kimi qüvvədə qalacaq. Taksilərin ön oturacaqlarına bu barədə stikerlər də yapışdırılacaq. Pandemiya dövründə taksilərdə də şəffaf arakəsmə onun üçün yaradılıb ki, sərnişin və sürücü arasındakı izolyasiya qaydalarına əməl olunsun”.

N.Allahyarova istisna hallar barədə də söz açıb. O qeyd edib ki, bir ailədən ikidən artıq sərnişin olarsa, tibbi qaydalara əməl edərək onlardan biri öndə əyləşə bilər:

“İstisna hal o zaman yarana bilər ki, bir ailədən üç nəfər mütləq şəkildə harasa getməlidirlər. Bəli, bu zaman onlardan iki nəfəri arxada, bir nəfəri isə qabaq oturacaqda əyləşə bilər. Ancaq hər bir sərnişinin əllərində əlcək, üzlərində maska olmalıdır və ünsiyyət sıfıra endirilməlidir”.