XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 05:56

Gürcüstan prezidentindən Rusiyaya qarşı – Gözlənilməz həmlə
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə dəstək verib.
Avstriyanın Federal Prezidenti Haynts Fişerlə danışıqlardan sonra təşkil olunan mətbuat konfransında çıxış edən G.Marqvelaşvili deyib ki, Qərb dövlətlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəinki saxlanılmalıdır, hətta sərtləşməlidir, çünkü “beləliklə, Moskva yanlış siyasət apardığını hiss edər”.
Gürcüstan prezidenti sanksiyaların hansı səbəblə gündəmə gəldiyini xatırladaraq deyib: “Bu sanksiyaların yeganə səbəbi var: Ukrayna ərazisində müharibənin dayandırılması. Krımın işğalı da qəbul edilməzdir”.
Kiyevin qərbyönümlü siyasətini də təqdir edən G.Marqvelaşvili bildirib ki, Rusiya özü də sabit və demokratik dövlətlərlə qonşuluq etməkdə maraqlı olmalıdır.(Report)