XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 11:36

Prezidentin köməkçisindən yapon şirkətlərinə çağırış:"Cənub Qaz Dəhlizi layihəsində iştirak edin!"

eli-hesenov1

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiya şirkətlərini Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyə çağırıb.

Bu barədə Ə. Həsənov Yaponiyanın “Jiji Press” nəşrinə müsahibəsində deyib.

"Azərbaycan yapon şirkətlərinin Xəzər dənizində fəaliyyətlərini genişləndirəcəyinə ümid edir", – deyə prezidentin köməkçisi bildirib.

Cənub Qaz Dəhlizi "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Trans-Anadolu qaz kəmərinin (TANAP) və Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

APA