XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 İyun 2020 - 10:12

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq –BŞİH

İyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Bakı Şəhəri İcra Hakimiyyətindən məlumat verilib.

“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, – deyə məlumatda qeyd olunub.