XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

19 İyun 2020 - 11:05

Şəffaf arakəsmə quraşdırılmayan taksilərə fərqlənmə nişanı verilməyəcək –BNA

“Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir”. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Məlumata görə, məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədi ilə sui-istifadə hallarının qarşısının alınmasıdır.

İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək: “Həmçinin, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmalıdır”.