XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

19 İyun 2020 - 13:27

“Siyahısı açıqlanan xəstəxanalar ehtiyac yarandığı halda xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək” –TƏBİB

“Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi həqiqəti əks etdirmir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısı ictimaiyyətə təqdim edilib: “Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək”.

Qeyd edək ki, TƏBİB-in dünən açıqladığı xəbərə görə, həmin xəstəxanalar aşağıdakılardır:

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu

26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

Kliniki Tibbi Mərkəz

Azərsu Tikinti Xəstəxanası

Göyçay RMX

Salyan RMX

Xızı RMX

Qusar RMX

Ucar RMX

Saatlı RMX

Zərdab RMX

Gəncə Dəmiryol Xəstəxanası