XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 12:12

Ərdoğan Bakıya gələcəkmi?– Səfirlikdən açıqlama

erdoqan-23

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sabah Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınmayıb.

Türkiyənin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, səfərin təxirə salınması ilə bağlı rəsmi Ankaradan hələ ki, heç bir məlumat daxil olmayıb:

“Hələ ki, səfər planı gündəmdədir. Lakin son anda qərarın dəyişdiriləcəyi də istisna edilmir”.

Xatırladaq ki, prezident Ərdoğanın hələ fevralın 18-də Azərbaycana səfəri nəzərdə tutulmuşdu. Dövlət başçısının Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirakı planlaşdırılsa da, paytaxt Ankarada bir gün öncə baş verən terror aktına görə, səfər təxirə düşmüşdü.

Bununla bağlı Ərdoğan prezident İlham Əliyevə zəng edərək məlumat vermişdi(Qafqazinfo)