XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 13:03

“Biz bu dəhşətli hadisədən çox hiddətlənirik…” –Zakir Həsənov

zakir-hesenov

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaza və Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Zakir Həsənov məktubunda qardaş Türkiyə Respublikasının Ankara şəhərində baş vermiş xain terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması və xəsarət alması xəbərindən dərindən kədərləndiyini bildirib:

"Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin!".