XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 09:21

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyəsinə başlanılıb –Səfirlik

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarından COVID-19 testlərinin götürülməsinə başlanılıb.

Təxliyəsi planlaşdırılan 178 Azərbaycan vətəndaşından bu gün səhər saat 08:00-da PSR testlərinin götürülməsinə başlanılıb.

Səfirlikdən verilən məlumata görə, analizlərin cavabı günün sonunadək açıqlanacaq və neqativ cavab alan şəxslər iyunun 23-də saat 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi avtobuslarla “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər. Təxliyə olunacaq şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı bildirilib.

Test cavabı müsbət olanlar isə Gürcüstanda xəstəxanalara yerləşdiriləcək. (apa)