XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Mart 2016 - 14:46

Prezident əleyhinə nəhəng etiraz dalğası- 3 milyon insan küçələrə çıxdı

1774915

Braziliyada prezident Dilma Russefin əleyhinə nəhəng mitinqlər keçirilir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 3 milyondan artıq etirazçı küçələrə axışaraq Russefin istefasını tələb edir.

Nümayişçilər paytaxt Rio-de-Janeyro və ölkənin 200 ayrı şəhərində toplaşıb. Ən böyük aksiya San-Paulodadır. Bu şəhərdə meydana 1,4 milyon insan çıxıb. Paytaxtda isə nümayişçilərin sayı 1 milyona yaxındır.

«Reuters»in məlumatına görə, aylardır davam edən etirazlar iki gün əvvəl prezident Russefin istefa verməyəcəyi ilə bağlı bəyanatından sonra bir az da qızışıb.

Braziliyada etirazlar ötən ilin yanvarından başlayıb. Fəalların başlatdığı etirazlara sonradan müxalifət də dəstək verib. Parlamentdəki müxalifyönlü deputatlar prezidentin impiçmentinə nail olmaq istəyirlər. Russefin prezidentlik müddəti 2018-ci ilin sonunda başa çatır. Onun reytinqi gündən-günə azalır və hazırda 10 faizlik həddi belə, keçə bilmir. 

Sorğular göstərir ki, ölkə əhalisinin 60 faizi Russeffə qarşıdır. İnsanlar onu ölkənin durumunu pisləşdirməkdə və korrupsiyada ittiham edirlər. Braziliya liderinin adı uzun müddətdir ki, dövlət neft şirkəti «Petrobras»la bağlı korrupsiya qalmaqalında hallandırılır.