XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 12:49

2020-ci il ən isti illərdən biri ola bilər –ÜMT

Bu ilin hava və iqlim sistematik müşahidələri tarixində ən isti illərin ilk beşliyinə düşmə ehtimalı var.

Belə proqnozla BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) çıxış edib.

Qeyd olunub ki, bu ilin may ayı hava və iqlim müşahidələri tarixində ən isti may ayı olub, yanvar-may ayları arasındakı dövr isə yalnız 2016-cı ilin analoji periodundan geri qalıb.

“Bu ilin ilk beş ayında Yer səthindəki temperatur istiliyinə görə ikinci ən yüksək göstəriciyə sahib olub. Yalnız “El Ninyo” effektinin güclü olduğu 2016-cı ildə bundan bir qədər yüksək istilik olmuşdu. Avropa və Amerika məlumat bazalarına əsasən, may ayı müşahidələr tarixindəki ən isti may olub. 2020-ci il isə, 99,9% ehtimalla, qeydə alınmış ən isti 5 və ya 10 il arasında olacaq”, – ÜMT-nin məlumatında qeyd olunub.

Cənubi Amerika, Avropa və Asiyada 2020-ci ilin ilk beş ayı müşahidələr tarixində ən istisi olub. Asiyanın şimalındakı böyük ərazidə havanın temperaturu orta göstəricidən az 3,5 dərəcə isti olub. Yanvar-may aylarında Atlantik okeanında, Sakit okean və Hind okeanının cənubunda rekord yüksək temperatur qeydə alınıb. (report)