XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 16:24

“Yaranmış vəziyyətə görə hər kəs cavabdehdir” –TƏBİB rəsmisi

“Hər birimizin ayrı-ayrılıqda sağalması və ya xəstələnməməsi kifayət deyil. Azərbaycan bütöv bir bədəndir, ona görə də bütövlükdə Azərbaycan sağalmalıdır”.

Bunu TƏBİB-in mətbaut katibi Rəvanə Əliyeva sosial şəbəkədə yazıb.

O bildirib ki, yaranmış vəziyyətə görə hər kəs cavabdehdir: “Mən sizin yoluxmamağınıza, siz o birinin, o biri digərinin… Hər birimiz maska taxaraq məsafə saxlayıb özümüzü qorumaqla, digərlərini, eləcə də Azərbaycanımızı qorumuş olacağıq. “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatına qoşulun, vətəndaş olaraq birlikdə qalib gələk!”.