XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 İyun 2020 - 16:35

Azərbaycanda jurnalist və ailə üzvləri koronavirusa yoluxub –Açıqlama

“Kaspi” qəzetinin Baş redaktoru İlham Quliyev də koronavirusa yoluxub.

Strateq.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

“Əziz dostlar!

Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompyuter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə “Neftçilər” xəstəxanasında davam etdirilir.

Çətinliklərə və ağrılara baxmayaraq, nikbinik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq.

Özünüzü qoruyun!”.