XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 12:06

Avropa İttifaqı və ÜST-dən Azərbaycana yardım:160 min maska və 8 min qoruyucu kombinezon göndərildi + FOTO

Avropa İttifaqı və ÜST-nin Avropa üzrə Regional Ofisi Şərq Tərəfdaşlığı ölkələrindəki tibb işçilərini dəstəkləyir.

Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən Strateq.az-a verilən xəbərə görə, layihə çərçivəsində Azərbaycana 10 000 şəffaf maska, 10 000 qoruyucu maska, 8 000 qoruyucu kombinezon, 140 000 respirator maska gətirilib.

Bildirilib ki, bu yardım Şərq Tərəfdaşlığı ölkələrinin COVID-19-a qarşı mübarizəsi üçün Aİ-nin 30 milyon avro dəyərində töhfə verdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”nün tərkib hissəsidir.