Azərbaycanda daha iki jurnalist koronavirus infeksiyasına yoluxub. Cebhe.info saytının və “Cümhuriyyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla və bacısı, “Palitra” nəşrinin müxbiri, dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayevadan götürülmüş testlər pozitiv çıxıb.
Strateq.az-ın məlumatına görə, Müşfiq Abdulla Yenisabah.az-a açıqlamasında bildirib ki, əvvəlcə xanımı infeksiyaya yoluxub. Daha sonra isə virus ona və bacısına keçib.
“Yoldaşımda virus artıq ağcıyərə düşüb. Hazırda hər üçümüz Atletlər Kəndindəyik. Məndə qızdırma və öskürək var. Bacımda isə qızdırma və halsızlıq. Bizim vəziyyətimiz bir az yaxşıdır. Amma yoldaşımda artıq pnevmaniyadır”, – deyə junalist bildirib.
Müşfiq Abdullanın sözlərinə görə, onları bu gün Atletlər Kəndinə gətiriblər.
“İndi müalicə başlamalıdır. Deyiblər dərman verəcəyik”, – deyə jurnalist əlavə edib.
Xatırladaq ki, adıçəkilən şəxslər “Jurnalistlər binası”nda yaşayırlar.