XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2020 - 16:22

Prezident və Mehriban Əliyeva Gəncədə:zavod və yeni yaşayış kompleksinin açılışları oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Strateq.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident İlham Əliyev zavodu işə salıb.

***

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verilib.