XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2020 - 23:55

Prezident Samuxda məcburi köçkünlər üçün tikilən yaşayış məhəlləsi ilə tanış olub –FOTO

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub.

Strateq.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Samux rayonunda 459 ailədən ibarət 1603 nəfər məskunlaşıb. Onların da böyük hissəsi Kəlbəcər rayonundan olan məcburi köçkünlərdi. İnşasına bu ildən başlanan və hazırda tikintisi davam edən kompleksə rayon ərazisində daha ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürüləcək. Kompleksə hər biri dördmərtəbəli olmaqla 9 yaşayış binası daxildir. Hər bir mənzilin tam təmirli vəziyyətdə məcburi köçkünlərə təhvil verilməsi nəzərdə tutulub. Hazırda ərazidə infrastrukturun qurulması ilə bağlı intensiv iş gedir. Buraya elektrik verilişinin təmin olunması, su təchizatının qurulması, qaz xətlərinin çəkilməsi daxildir.

Qeyd edək ki, dörd hektar sahəni əhatə edən yaşayış kompleksinə 144 şagird yerlik tam orta məktəb, 50 uşaq yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi daxildir. Ərazi tam abadlaşdırılacaq və yaşıllaşdırma işləri həyata keçiriləcək.

Xatırladaq ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən siyasət nəticəsində indiyədək 300 mindən çox insanın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət büdcəsinin və Dövlət Neft Fondunun vəsaitləri hesabına indiyədək ölkədə 100-dən çox qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış massivləri salınıb.