XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 13:44

ÜST-dən qorxulu proqnoz:"Gələn həftə koronavirusa yoluxanların sayı 10 milyonu ötəcəyək"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa yoluxanların sayının gələn həftə 10 milyonu ötəcəyini proqnozlaşdırır.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Cenevrədə keçirilən brifinq zamanı ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: “Gələn həftə COVID-19 xəstəliyinə yoluxanların sayının 10 milyonu keçəcəyini gözləyirik”.

Onun sözlərinə görə, koronavirusa yoluxanların sayı artıq 9,1 milyonu, ölənlərin sayının isə 470 mini keçib: “Koronavirusun yayıldığı ilk ay bizə 10 mindən az yoluxma haqqında məlumat gəldi, son ay ərzində isə bizə artıq 4 milyondan artıq yoluxma halı barədə məlumat verilib”.