İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Xidmətinin rəis vəzifəsini icra edən Mətin Eynullayev sabiq sədr Kərəm Həsənovun kadrlarını işdən çıxarıb.
Strateq.az Unikal.org-a istinadən xəbər verir ki, Dövlət Əmlak Xidmətinin Maliyyə şöbəsinin rəisi Ənnağı Cənnətov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin rəisi Zəfər Abdulov, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Hikmət Mustafayev, Torpaq Agentliyinin rəisi Mohuma Heraçiyev tutduğu vəzifələrindən azad olunublar.