Nazir Ramil Usubovla Zakir Qaralov yanan binada! – İstintaq qrupu yaradıldı
Daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov yanan binaya baş çəkiblər. Eyni zamanda, fotoşəkillərdən görünür ki, Daxili İşlər naziri ilə bərabər, müavini Oruc Zalov və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov da hadisə yerindədir.
Strateq.az xəbər verir ki, dövlət rəsmilərinə baş vermiş hadisə ilə bağlı ətraflı məlumat verilib.
Onu da qeyd edək ki, hadisə ilə bağlı ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirlib.
***
“İlkin məlumata görə, Bakıda yanğın baş verən çoxmərtəbəli binada 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb”.
Bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib. Z.Qaralov bildirib ki, yanğınsöndürənlərin arasında da xəsarət alanlar var.
Z.Qaralov onu da deyib ki, yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.