Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Elçin Məmməd oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.