XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

26 İyun 2020 - 00:27

Bu ölkələrdə koronavirus xəstəsi yoxdur –SİYAHI

Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

Məlumata görə, Mərkəzi Avropanın cənub-qərbində yerləşən Lixtenşteyndə infeksiyaya yoluxmuş 82 nəfərdən biri ölüb, 81 nəfər sağalaraq evə buraxılıb.

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Lixtenşteyni koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, Vatikan, Laos, Qvadelupa, Sint-Marten, Bruney, Qrenada, Cəbəllütariq və Dominikada koronaviruslu xəstə qalmayıb.

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.(modern.az)