XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 22:38

Agentlikdən xəbərdarlıq:"Bu şəxslərin icazələri ləğv olunacaq"

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sərt karantin tətbiq edilən şəhər və rayonlarda fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin işə çıxmasına icazə verilməsilə ilə bağlı müraciət edib.

Dövlət Agentliyindən Strateq.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir:

“Həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır. Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik. Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa avtomatik olaraq ləğv ediləcəkdir”.

Xatırladaq ki, sözügedən qərarın detalları ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://strateq.az/gundem/442145/nazirl%c9%99r-kabineti-8-bolg%c9%99d%c9%99-t%c9%99tbiq-edil%c9%99n-karantin-rejimi-il%c9%99-bagli-q%c9%99rara-d%c9%99yisiklik-etdi.html