XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2020 - 10:37

Gürcüstanda koronavirus:sutka ərzində cəmi 3 nəfər yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) daha 3 yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib. 

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 924 nəfərə, ölənlərin sayı isə 15 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar 2819 nəfər karantində saxlanılır, 230 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 785 nəfər sağalıb. /APA