XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2020 - 11:42

“Ağdaşda məclis təşkil edən obyekt sahibi həbs olunub” –DİN

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin bir yerə toplaşaraq məclis təşkil etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs olunub, digərləri isə cərimələniblər.