“Rusiya prezidenti Vladimir Putin Suriyadakı rus hərbi qüvvələrinin böyük hissəsini geri çəkmək barədə əmr verməmişdən əvvəl bizi məlumatlandırmayıb”.
Strateq.az xəbər verir ki, bu məlumatı mətbuata ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi ötürüb.
Pentaqon yetkilisi Rusiyayla uzun müddətdir bu barədə danışıqlar apardıqlarını, amma qarşı tərəfin indiyə qədər bununla razılaşmadığını da etiraf edib: “Bununla belə, ruslarla son danışıqlarda bu mövzunun gündəmə gəlib-gəlmədiyindən və sözügedən qərarda ABŞ-ın tələbinin təsirli olub-olmadığından əmin deyiləm".