XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 İyun 2020 - 21:12

“Azərbaycan peyki pivotaltı torpaq sahələrinin monitorinqlərində istifadə olunur” –"Azərkosmos"

Azərbaycan ərazisində pivot tipli müasir suvarma sistemlərinin yerləşməsi və pivotaltı torpaq sahələrində monitorinqlər “Azersky” aşağı orbitli peykindən əldə edilən təsvirlər vasitəsilə aparılır.

“Azərkosmos” ASC-dən verilən məlumata görə, əldə olunan peyk təsvirləri sayəsində pivot suvarma sistemlərinin tətbiq edildiyi əkin sahələrinin təyin olunması mümkündür.

Əkin sahələrində suvarma prosesinin tam şəkildə avtomatlaşdırılmasını təmin edən pivot suvarma sistemləri su itkisini minimuma endirir, fermerlərə su sərfiyyatını hesablamağa və idarə etməyə imkan verir.

ASC tərəfindən Samux rayonunda pivot suvarma sistemlərinin bu ilin iyun ayında “Azersky” peykindən əldə olunan təsvir yayımlanıb.