Böyük Azərbaycan şairi Molla Məhəmməd Füzulinin heykəli Təbrizdəki Mənzəriyyə meydanından yoxa çıxıb.
Strateq.az “YJC”-yə istinadla xəbər verir ki, abidənin necə yoxa çıxdığı barədə hələlik heç bir rəsmi açıqlama yoxdur.
Molla Məhəmməd Füzuli bütün Şərq aləmində Azərbaycan türkcəsi, fars və ərəb dillərində şeir yazmış ustad şair kimi tanınır.
Bundan əvvəl abidə Təbrizin El Gölü ərazisində idi.