XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 10:22

DİN rəhbəri:“Yoluxan insanların sayının artması səhlənkarlıqların nəticəsidir"

“Müxtəlif istiqamətlər üzrə monitorinqlər də aparırıq. Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir”.

Bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

O qeyd edib ki, iaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur: “Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən yüzlərlə şəxsi hamı gördü”.

APA